İçeriğe geçmek için "Enter"a basın

"Yuventus"un hücumçusu "Atletiko"ya keçmək istəyir

29-03-2022

[r32]
xeber –

Cari mövsümün sonunda İtaliya “Yuventus”undan ayrılacağını açıqlayan argentinalı futbolçu Paulo Dibala İspaniyanın “Atletiko” (Madrid) komandasına keçmək istəyir.

“Report” “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Madrid təmsilçisinə keçidini şəxsi inkişafı üçün prioritet variant kimi görür.

Həmyerlisi Dieqo Simeonenin “Atletiko”ya rəhbərlik etməsi də təcrübəli forvardın əsas diqqətini La Liqa klubuna yönəldir.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.


mənbə :
Report.az

“Yuventus”un hucumcusu “Atletiko”ya kecmek isteyir