İçeriğe geçmek için "Enter"a basın

ABŞ 2040-cı ilə qədər Marsa insan göndərməyi planlaşdırır

29-03-2022

[r32]
xeber –

ABŞ 2040-cı ilə qədər Marsa insan göndərməyi planlaşdırır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NASA rəhbəri Bill Nelson bildirib.

Nelson ABŞ Prezidentin 2023-cü il büdcə təklifi ilə bağlı illik çıxışı zamanı deyib: “Planımız 2040-cı ilə qədər insanların Marsda gəzməsinə nail olmaqdır”.

NASA-nın 2023-cü il üçün təklif etdiyi 26 milyard dollarlıq büdcəyə Marsa gələcək insan missiyalarına hazırlıq üçün xərclər daxildir.

Bundan əvvəl NASA “Artemis” proqramı çərçivəsində Ayın tədqiqi üçün daha bir eniş modulu yaratmağı planlaşdırdığını açıqlamışdı. “Artemis” proqramı üçün əsas eniş aparatı hazırda SpaceX tərəfindən hazırlanır. SpaceX ilə mövcud müqaviləyə dəyişikliklər ediləcək.


mənbə :
Report.az

ABS 2040-ci ile qeder Marsa insan gondermeyi planlasdirir