İçeriğe geçmek için "Enter"a basın

Zelenski Kanadanın baş naziri ilə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə edib

29-03-2022

[r32]
xeber –

Kanadanın baş naziri Castin Tryudo və Ukrayna prezidenti Volodimir Zelenski telefon danışığı zamanı Kiyevə dəstək verilməsi, Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələlərini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.

“Bu gün baş nazir Castin Tryudo Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb. Liderlər Ukraynaya lazımi dəstəyin göstərilməsi, o cümlədən humanitar, maliyyə və hərbi yardımların göstərilməsi üçün növbəti addımları, həmçinin Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə ediblər”.


mənbə :
Report.az

Zelenski Kanadanin bas naziri ile Rusiyaya qarsi elave sanksiyalari muzakire edib