İçeriğe geçmek için "Enter"a basın

Meksikada təyyarə supermarketə çırpılıb, 3 nəfər ölüb

29-03-2022

[r32]
xeber –

Meksikanın mərkəzindəki Morelos ştatında yüngül mühərrikli təyyarənin supermarketin binasına çırpılması nəticəsində azı 3 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət hökuməti ictimaiyyətə açıqlamasında bildirib.

Qeyd olunub ki, təyyarənin göyərtəsində olan 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Onlar xəstəxanalara aparılıb. Faciə Temisko ərazisində baş verib. Qəzanın səbəbləri ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

Təyyarə supermarketin divarını dağıdıb və demək olar ki, alış-veriş edilən əraziyə düşüb. Hadisənin mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.


mənbə :
Report.az

Meksikada teyyare supermarkete cirpilib, 3 nefer olub