İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan millisi uduzmadığı rəqiblə üz-üzə gələcək

29-03-2022

[r32]
xeber –

Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Latviya seçməsi ilə üz-üzə gələcək.

Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Yığmanın heyətində Bədavi Hüseynov, rəqibdə isə Eduard Emsis zədə səbəbindən oyunu buraxacaq. Komanda tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gələcək. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb. Topların nisbətində də yığmanın üstünlüyü var – 5:3.

29 mart

Yoldaşlıq oyunu

15:00. Azərbaycan – Latviya
Baş hakim:Trustin Farrugia Kann (Malta)
Malta. Ta Qali. Milli Stadion.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib – 1:1.


mənbə :
Report.az

Azerbaycan millisi uduzmadigi reqible uz-uze gelecek