İçeriğe geçmek için "Enter"a basın

ABŞ Avropa və Mərkəzi Asiyaya 1,6 milyard dollarlıq yardım edəcək

29-03-2022

[r32]
xeber –

Ağ Ev Ukraynaya, eləcə də Avropa və Mərkəzi Asiyaya 1,6 milyard dollar məbləğində yardım nəzərdə tutan büdcə layihəsini təqdim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bundan əvvəl Bayden administrasiyası Dövlət Departamenti vasitəsilə Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə 788,9 milyon dollar məbləğində xarici yardım göstərməyi planlaşdırırdı.

Məqsəd regionda Ukrayna kimi qeyri-sabitlik təhlükəsi ilə üzləşən ölkələrə yardım etməkdir.

Bundan əlavə, layihəyə Ukraynadakı hadisələrin nəticələri ilə əlaqədar kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində ikitərəfli proqramlar üçün 1 milyard dollardan çox vəsait də daxildir.


mənbə :
Report.az

ABS Avropa ve Merkezi Asiyaya 1,6 milyard dollarliq yardim edecek