İçeriğe geçmek için "Enter"a basın

Polşa hərbçiləri bu il yeni piyada döyüş maşınları alacaq

29-03-2022

[r32]
xeber –

2022-ci ildə Polşa hərbçiləri yeni Borsuk piyada döyüş maşınlarının (IFV) ilk nümunələrini ala bilər.

“Report” xəbər verir ki, bunu “Polska Grupa Zbrojeniowa” şirkətinin rəhbəri Sebastian Çvalekə deyib.

O qeyd edib ki, 2022-ci ildə ilk dörd piyada döyüş maşını sınaq üçün hərbçilərə təhvil veriləcək, 2023-cü ildə isə şirkət “Borsuk” piyada döyüş maşınlarının kütləvi istehsalına başlaya bilər.

Hazırda avtomobilin ilkin sınaqları keçirilir və onların iyunda başa çatdırılması planlaşdırılır.


mənbə :
Report.az

Polsa herbcileri bu il yeni piyada doyus masinlari alacaq