İçeriğe geçmek için "Enter"a basın

Bakıda Akademiyanın qarşısında avtomobil piyadanı vuraraq öldürüb

29-03-2022

[r32]
xeber –

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə martın 28-i saat 04:27-də radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospekti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qarşısında qeydə alınıb.

Belə ki, şəxsiyyəti istintaqa məlum olmayan sürücünün idarə etdiyi “Toyota Prius” markalı avtomobil yolu keçən piyada Nəsirov Rauf Vahup oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayonu Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Rəvan Əziz


mənbə :
Report.az

Bakida Akademiyanin qarsisinda avtomobil piyadani vuraraq oldurub