İçeriğe geçmek için "Enter"a basın

Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır

29-03-2022

[r32]
xeber –

2021-ci il noyabrın 18-də Cəlilabad rayonu Sabirabad sakini Samir Nuriyevin kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, zərərçəkmişin qonşusu alkoqol sərxoşluğu halında olan Yaşar Əmənov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Samir Nuriyevə xüsusi amansızlıqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmişdir.
Yaşar Əmənova Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4 (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


mənbə :
Report.az

Celilabadda qonsusunu oldurmek isteyen sexsin mehkemesi baslayir