İçeriğe geçmek için "Enter"a basın

Vətən müharibəsində Azərbaycanın təhlükəsizlik xidməti Ermənistan hökumətinin öz xalqını aldatmasını ifşa edib

29-03-2022

[r32]
xeber –

“Biz Ermənistan hökumətinin öz xalqını aldatması ilə bağlı əldə olunmuş məlumatları dəfələrlə onların ictimaiyyətinə çatdırdıq”.

“Report” xəbər verir ki, bu barədə İctimai televiziyanın efirində yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” adlı sənədli filmdə səsləndirilib.

“Müharibə dövründə Ermənistan hökuməti orduda ruh yüksəkliyini artırmaq və baş verən fərarilik hallarının qarşısını almaqdan ötrü qadınlara hərbi forma paylayaraq, onlara hərbi forma geyindirərək şəkillərini, videolarını sosial şəbəkələrdə və ictimai yerlərdə paylaşırdılar. Bununla da əhalisi arasında ruh yüksəkliyi yaratmaq istəyirdilər. Bizim əldə etdiyimiz görüntülərdə isə onların tam əksi ortaya çıxdı. Əslində, həmin qadınlar o formanı geyinərək gözəllik salonlarında və digər yerlərdə sadəcə əylənirdilər. Biz Ermənistan hökumətinin öz xalqını aldatması ilə bağlı əldə olunmuş məlumatları dəfələrlə onların ictimaiyyətinə çatdırdıq. Bir daha onları başa salmaq istədik ki, Ermənistan hökuməti onları aldadır”, – filmdə qeyd olunub.


mənbə :
Report.az

Veten muharibesinde Azerbaycanin tehlukesizlik xidmeti Ermenistan hokumetinin oz xalqini aldatmasini ifsa edib