İçeriğe geçmek için "Enter"a basın

Matviyenko: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik”

29-03-2022

[r32]
xeber –

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir”.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının iclasında deyib.

O, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alyona Simonyanın mümkün sülh müqaviləsi ilə bağlı fikirlərini şərh edərkən bildirib: “Çox ümid edirik ki, bu vəziyyətə sülh müqaviləsi ilə yekun vurulacaq”.


mənbə :
Report.az

Matviyenko: “Azerbaycan ve Ermenistan arasinda sulh muqavilesinin imzalanacagina umid edirik”