Ekoloji temiz neqliyyatin istifadesini stimullasdirilmasi uzre Yol Xeritesi hazirlanib

[r32]
xeber –

Azərbaycanda bu il ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirilmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə Yol Xəritəsi hazırlanıb.

“Report” xəbər verir ki, bu sənəd “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda keçirilən mətbuat konfransında təqdim olunub.

Tədbirdə çıxış edən ekspert, Yol Xəritəsini hazırlamış İşçi Qrupun üzvü Eldəniz Cəfərov qeyd edib ki, 2030-cu il üçün müəyyən edilmiş milli prioritetlərin realllaşması üçün ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılmasının əhəmiyyəti var.

“Ölkədə ekoloji təmiz avtomobillərin istismarı üçün münasib şəraitin yaradılması məhz bu sahədə artıma səbəb olub. Son illərin statistikasına fikir versək görərik ki, ölkəmizə idxal olunan köhnə avtomobillərin sayı azalır, yerinə daha müasir və ekoloji təmiz avtomobillərin sayı artır. Hesab edirik ki, bu prosesə özəl sektor da öz töhfəsini verəcək. Hazırda avtokreditlər üzrə faizlər bir qədər yüksəkdir. Banklar daha aşağı faiz ilə və daha uyğun şərtlərlə avtomobil kreditləri təklif edə bilər. Bu isə yeni, ekoloji avtomobillərə əlçatanlığı artırar. Hesab edirəm ki, həm dövlət, həm də özəl sektorun irəli sürəcəyi təşəbbüslər 2022-ci il ərzində təklif ediləcək”, – deyə o, qeyd edib.


mənbə :
Report.az