İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda qanunvericiliyi pozan şirkətə cərimə protokolu yazılıb

29-03-2022

[r32]
xeber –

Azərbaycanda fərdi məlumatlar haqqında qanunvericiliyi pozan şirkətə cərimə protokolu yazılıb.

“Report”un xəbərinə görə, “İnci laboratoriyaları” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 375.0.2-ci (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin baxış iclasının aprelin 12-nə təyin edilib.

Bu xətaya görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, mətbuatda “İnci laboratoriyaları” MMC-nin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlıya məxsus olduğu qeyd edilir.

Rəvan Əziz


mənbə :
Report.az

Azerbaycanda qanunvericiliyi pozan sirkete cerime protokolu yazilib