İçeriğe geçmek için "Enter"a basın

Mahir Emreli zədəsini sağaldıb, komanda ilə məşqlərə başlayıb

29-03-2022

[r32]
xeber –

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini tam sağaldıb.

“Report” Zaqreb təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu komanda ilə məşqlərə start verib.

Emreli zədə səbəbindən yığmanın Malta və Latviya ilə yoldaşlıq oyunları üçün toplanışına dəvət almayıb.

Azərbaycan millisi bu gün Latviya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Komanda martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub.

Qeyd edək kİ, “Dinamo” Xorvatiya çempionatının XXIX turunda aprelin 3-də “Draqovolyaç”ın qonağı olacaq.


mənbə :
Report.az

Mahir Emreli zedesini sagaldib, komanda ile mesqlere baslayib