İçeriğe geçmek için "Enter"a basın

Canni De Byazi: "Bəxtimiz gətirmədi"

29-03-2022

[r32]
xeber –

“Oyuna çox yaxşı başladıq. Yaxşı imkanımız oldu Təbii ki, bəxtimiz gətirmədi. Matçdan sonra futbolçulara da dedim ki, bu məğlubiyyətdən razı qala bilmərik. Bu gün əsl komanda gördük”

“Report”un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Maltadakı təlim-məşq toplanışında Latviyaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis rəqibin qol vurduğu epizoddan öncə cərimə zərbəsi olduğunu bildirib: “Lakin hakim bizim lehimizə qərar verməli olsa da, əksini etdi. Nəticədə künc zərbəsi oldu ki, bu da qolla nəticələndi”.

66 yaşlı baş məşqçinin sözlərinə görə, bu gün oynayan futbolçuların çoxu gələcəkdə əsas heyətdə yer alacaqlar: “Riçard Almeydanı alqışlamaq istəyirəm. Meydanda yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. İyunda daha vacib oyunlarımız var. Bizim üçün ehtiyat futbolçular lazım olacaq”.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya da eyni hesabla məğlub olub.


mənbə :
Report.az

Canni De Byazi: “Bextimiz getirmedi”