İçeriğe geçmek için "Enter"a basın

Bakıda gənci bıçaqlayan şəxsə hökm oxunub

29-03-2022

[r32]
xeber –

Bakıda qəsdən sağlamlığa ağır zərbə vurmada təqsirləndirilən Əli Mərdanova hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 18-də Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Ə.Mərdanov 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlunu “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlayıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.

Ə.Mərdanov polis əməkdaşları tərəfindən saxlanılıb.


mənbə :
Report.az

Bakida genci bicaqlayan sexse hokm oxunub