İçeriğe geçmek için "Enter"a basın

Avropa cempionati: Azerbaycanin daha bir gulescisi burunc medal qazana biler

29-03-2022

[r32]
xeber –

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində rəqib slovakiyalı Taymuraz Salkazanov olub.

Rəqibinə 2:8 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda mübarizə aparacaq.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.


mənbə :
Report.az

Avropa cempionati: Azerbaycanin daha bir gulescisi burunc medal qazana biler