ABS Ukrayna-Rusiya danisiqlarini serh edib

[r32]
xeber –

“Ukrayna ilə Rusiya danışıqlarında müsbət irəliləyiş görünmür”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rabatda Mərakeşin xarici işlər naziri Nasir Borita ilə danışıqlardan sonra keçirilən mətbuat konftransında bildirib.

“Məsələdə irəliləyiş olub-olmadığını ukraynalı tərəfdaşlarımız özləri bilər. Lazım gələrsə, Ukraynanın təhlükəsizliyinə dair Rusiya ilə əldə edilmiş razılaşmanın yerinə yetirilməsində iştirak etməyə hazırıq”, – Ağ Ev rəsmisi qeyd edib.


mənbə :
Report.az