İçeriğe geçmek için "Enter"a basın

“Sanksiya yoxdur, basqa is axtarin” – Zelenski bezi sefirleri geri cagirib

31-03-2022

[r32]
xeber –

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Mərakeş və Gürcüstandakı səfirlərini geri çağırıb. Dövlət başçısı “diplomatik cəbhə”ni ölkədəki hərbi əməliyyatlardan heç də az əhəmiyyətli olmadığını qeyd edib.

“Report”un məlumatına görə, bu barədə “RBC-Ukraina” Zelenskinin müraciətinə istinadən xəbər verir.

“Bu gün mən Ukraynanın Mərakeşdəki səfirinin geri çağırılması ilə bağlı fərman imzaladım. Gürcüstandakı səfirimiz də geri qaytarılıb. Əgər Rusiya biznesi üçün silah, sanksiyalar, məhdudiyyət yoxdursa, xahiş edirəm, yeni iş axtarın”, – Zelenski deyib.

Dövlət başçısı əlavə edib ki, yaxın günlərdə Ukraynanın Latın Amerikası, Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika ölkələrindəki səfirlərinin və hərbi attaşelərinin işindən konkret nəticələr gözləyir.

“Diplomatik cəbhə əsas cəbhələrdən biridir. Və orada hər kəs qalib gəlmək, orduya kömək etmək üçün mümkün qədər səmərəli işləməlidir. Döyüş meydanındakı hər bir müdafiəçi və diplomatik cəbhədəki hər kəs kimi”, – Zelenski vurğulayıb.


mənbə :
Report.az

“Sanksiya yoxdur, basqa is axtarin” – Zelenski bezi sefirleri geri cagirib