Erdoganla Tokayev arasinda telefon danisigi olub

[r32]
xeber –

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev arasında telefon danışığı olub.

“Report” bu barədə “Anadolu”ya istinadən xəbər verir.

Məlumata görə, danışıqlarda regional problemlər, xüsusən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Liderlər Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində atılacaq addımlar barədə də fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti qeyd edib ki, Ukrayna müharibəsi Xəzər dənizindən şərq-qərb marşrutu ilə keçən “Mərkəzi dəhliz”inin inkişafının vacibliyini bir daha göstərib. O, bu kontekstdə Türkiyə ilə Qazaxıstan arasında daşınma sahəsində tam azadlığın təmin edilməsi üçün ortaya çıxan zərurətə işarə edib. Türkiyə liderinin sözlərinə görə, bu istiqamətdə konkret addımların atılması faydalı olardı.


mənbə :
Report.az