03.03.2015 / 11:05 xeber –
Bakıda 49 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə İçərişəhərdə, Böyük Qala küçəsi 47 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Əziz Hilalaoviç Qulov yaşadığı evdə bıçaq itiləyərkən bülöv daşının qırılaraq sinəsinə dəyməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə : Lent.az