İçeriğe geçmek için "Enter"a basın

Tənqidçı Cavanşir Yusifli vəfat etdi

15-12-2014

tenqidçi
Turan 98 tərcümə firmasının direktoru tanınmış tənqidçi Cavanşir Yusifli qəflətən vəfat etdi.
     Bu barədə APA-ya yazıçı, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, C. Yusifli dekabrın 14-də axşam saat 10 radələrində ürək çatışmazlığından vəfat edib.
C. Yusifli Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında dəfn olunub.
Cavanşir Əziz oğlu Yusifli 1954-cü il sentyabr ayının 26-da Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986-1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə “M.F.Axundovun “Təmsilat”ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri” mövzusunda namizədlik, 2010-cu ildə “Azərbaycan komediyasının poetikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1991-1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın “Medecins sans frontieres” humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə “Cahan” jurnalında çalışıb. 1998-ci ildən “Turan-98” tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb.
Allah rəhmət eyləsin.

 

Tənqidçı Cavanşir Yusifli vəfat etdi