İçeriğe geçmek için "Enter"a basın

Anna Ukraynaya qayıtdı

03-03-2015


03.03.2015 11:17 xeber –

Rusiya müxalifətçi lider Boris Nemtsovun qətlinin əsas şahidi olmuş ukraynalı fotomodel Anna Duritskaya Rusiyanı tərk edərək Ukraynaya qayıda bilib.

ANS PRESS-in məlumatına görə, model ölüm işini araşdıran İstintaq Komitəsi əməkdaşları tərəfindən hərəkətlərinə məhdudiyyət qoyulduğunu bildirərək ölkəsinə qayıda bilməməsindən şikayətlənmişdi.

Anna qətl hadisəsindən sonrakı üç gün ərzində müstəntiqlərin suallarını cavablandırmaq məcburiyyətində olduğundan böyük psixoloji sarsıntı keçirdiyini açıqlamışdı.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı “Ford Mondeo” və “Kia-Rio” maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı ukraynalı model Anna Duritskaya onun yanında olub.

Mənbə : Anspress.com

Anna Ukraynaya qayıtdı