İçeriğe geçmek için "Enter"a basın

Obama ile Netanyahunun arası deydi

03-03-2015


03.03.2015 11:56 xeber –

ABŞ prezidenti Barak Obama “Reuters” agentliyinə müsahibəsində həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə arasında olan fikir ayrılığından da danışıb.

“Baş nazir Netanyahu hesab edir ki, İranın nüvə fəaliyyətini dayandırmağın ən yaxşı yolu ya daha çox sanksiyalar tətbiq etməkdir, ya da hərbi müdaxilədir. Bununla da, İranın ümumiyyətlə uran zənginləşdirmə fəaliyyətinin olmamasını təmin etmək istəyir. İranda nüvə sahəsində elə bir ekspert yoxdur ki, İranın öz nüvə proqramını dayandırmaqla, əlavə sanksiyalara reaksiya verəcəyini düşünsün”, – deyə ABŞ prezidenti bildirib.

Obama həmçinin bildirib ki, danışıqlar nəticəsində İran öz nüvə proqramını indiki vəziyyətində saxlamağa razılaşıb, bu isə, müsbət haldır.

Mənbə : Anspress.com

Obama ile Netanyahunun arası deydi