İçeriğe geçmek için "Enter"a basın

Bu yolda temir bitdi

03-03-2015


03.03.2015 12:13 xeber –

Paytaxtın Səbail rayonunda yerləşən Nizami küçəsində təmir işləri davam etdirilir. Artıq sözügedən küçənin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində işlər başa çatdırılıb.

Bu barədə ANS PRESS-ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibliyindən məlumat verilib.

Məlumata görə, həmin ərazidə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, asfalt-beton ortüyünün döşənməsi yekunlaşıb.

Sabahdan etibarən təmir işlərinin həmin küçənin Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.

Mənbə : Anspress.com

Bu yolda temir bitdi