İçeriğe geçmek için "Enter"a basın

Bakının en böyük prospektinde YANĞIN HƏYƏCANI

03-03-2015


03.03.2015 / 12:17 xeber –

Alov söndürülüb

Bu gün paytaxtın Nizami rayonu ərazisində, Heydər Əliyev prospektinin şəhərə gələn istiqamətinin sağında – Dövlət Neft Fondunun yeni inzibati binasının yaxınlığında yanğın olub. Lent.az-ın məlumatına görə, çoxmərtəbəli binanın yaxınlığında toplanmış zibil topaları naməlum səbəbdən yanıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı evlərə və binaya keçməsinin qarşısını alıb.

 

Artıq yanğın tamamilə söndürülüb.

 

Qeyd edək ki, zibilin yanması nəticəsində qatı tüstünün ətrafa yayılması insanlarda təşvişə səbəb olub.

Mənbə : Lent.az

Bakının en böyük prospektinde YANĞIN HƏYƏCANI