İçeriğe geçmek için "Enter"a basın

İntiqam Əliyevin mehkemesi davam etdirilib

03-03-2015


03.03.2015 / 12:59 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən təşkilatın mühasibi Gülşən Orucova  ibtidai istintaqa və məhkəmədə verdiyi ifadələrlə bağlı İ.Əliyevin vəkillərinin suallarını cavablandırıb. Məhkəmə prosesi günün ikinci yarısında davam edəcək.

 

Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Mənbə : Lent.az

İntiqam Əliyevin mehkemesi davam etdirilib