İçeriğe geçmek için "Enter"a basın

Bakıda ticaret merkezi qaret olundu

03-03-2015


03.03.2015 13:15 xeber –

Bakıda “Moskva” ticarət mərkəzi qarət olunub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cari il yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki “Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb.

Məlumat daxil olan kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları əməliyyat keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə : Anspress.com

Bakıda ticaret merkezi qaret olundu