İçeriğe geçmek için "Enter"a basın

Bakının oğulun vurduğu ata öldü

03-03-2015


03.03.2015 / 13:26 xeber –

Bakıda oğlu tərəfindən bıçaqlanan ata xəstəxanada dünyasını dəyişib.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 25-də 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqov, oğlu Malik tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən E. Sadıqov xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, E. Sadıqov  rayonun 20-ci sahə, Yurbəy Mürsəlov küçəsində yerləşən mənzildə bıçaqlanıb.

 

Polislər tərəfindən saxlanılan Malik Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub.

Mənbə : Lent.az

Bakının oğulun vurduğu ata öldü