İçeriğe geçmek için "Enter"a basın

Celilabadda qeyri-adi hadise – Şekil

03-03-2015


03.03.2015 18:33 xeber –

Cəlilabad rayonunda qeyri-adi hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bayaxanlı kəndində Zəfər İsmayılova məxsus fərdi təsərrüfatda baş verib.

Quş hinindəki qazın yuvasında qımızı rəngdə yumurta görən təsərrüfat sahibi ilk öncə onun kartof olduğunu zənn edib. Elə buna görə də, onu yuvadan kənarlaşdrmaq istəyib. Lakin sonradan onun elə qaz yumurtası olduğunu anlayıb. Qırımızı rəngdə olan yumurta yalnız rənginə görə digər yumurtalardan fərqlənir.

Bundan əvvəl ona yaxın yumurta qoyan qazın digər yumurtaları normal olub. Zəfər İsmayılov ilk dəfədir təsərrüfatında belə halla qaşılaşdığını deyir. Mütəxəsislərin fikrincə, ev quşlarının nadir hallarda bu kimi rəngli yumurta qoyması onların orqanizmində maddələr mübadiləsinin pozulması, eləcə də, qidalanması ilə əlaqədardır.

İndi hamını maraqlandıran yumurtanın rənginin qızmızı olması gələcəkdə onun içindən çıxacaq qaz balanın rənginə də təsir edib etməyəcəyidir.

Mənbə : Anspress.com

Celilabadda qeyri-adi hadise – Şekil