İçeriğe geçmek için "Enter"a basın

Yeni hemmeruzeçi parlament seçkileri ile maraqlanıb

03-03-2015


03.03.2015 19:53 xeber –

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsi həmməruzəçisinin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Komissiya Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, MSK sədri görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini və gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən həmməruzəçi Tadeuş İvinski qarşıdan gələn seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb.

Qonaqların suallarını cavablandıran Komissiya sədri vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə : Anspress.com

Yeni hemmeruzeçi parlament seçkileri ile maraqlanıb