İçeriğe geçmek için "Enter"a basın

Türkiyeden İŞİD hemlesi – Şekil

03-03-2015


03.03.2015 20:35 xeber –

Türkiyə İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayan İraqa iki təyyarə dolu hərbi yardım göndərib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin İraqa göndərdiyi hərbi yardımlar C-130 tipli iki hərbi təyyarə ilə paytaxt Bağdadın 20 kilometr şərqindəki Əl Musenna hərbi hava bazasına çatdırılıb. Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı hərbi yardımları bu ölkənin Müdafiə Nazirliyinə təhvil verib.

Səfirlikdən verilən açıqlamada deyilir: “Türkiyə İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyasının tərkibində, istərsə də ikitərəfli səviyyədə dost və qardaş İraq hökumətinin və xalqının yanında olmağı, İraqın birliyi və bütövlüyü, sabitliyi, təhlükəsizliyi və rifahı üçün əlindən gələn yardımları davam etdirəcək”.

Təyyarələrdə 500 əsgər üçün hərbi təhcizat daşındığı bildirilir.

Mənbə : Anspress.com

Türkiyeden İŞİD hemlesi – Şekil