İçeriğe geçmek için "Enter"a basın

Nobel mükafatına namizedler açıqlandı

03-03-2015


03.03.2015 21:17 xeber –

2015-ci il üçün Nobel Sülh mükafatına 276 namizəd var.

ANS PRESS-in məlumatına görə, namizədlərin 49-u ictimai və beynəlxalq təşkilatdır.

Nobel mükafatı fondunun qaydalarına əsasən, Sülh mükafatına namizədlərin adları açıqlanmır. Bu qaydaya son 50 il ərzində əməl edilir.

Bu ilin qalan aylarında Nobel komitəsi mükafata namizədlərin ümumi siyahısı üzərində işi davam etdirəcək. Mükafatın qalibi oktyabrda Osloda bəlli olacaq.

Qeyd edək ki, ötən il Nobel Sülh mükafatına 278 ictimai xadim və beynəlxalq təşkilat iddia etmişdi. 2014-cü ildə bu mükafata pakistanlı Malala Yusafzay və hindistanlı fəal Kaylaş Satyarti layiq görülmüşdülər.

Mənbə : Anspress.com

Nobel mükafatına namizedler açıqlandı