İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda kreditlərin qaytarılmasında problem ola bilər

03-03-2015

manat_dollar_00
“Azərbaycanda problemli kreditlərin həcmində artım olacaq”.

Azadliq.az xəbər verir ki,bunu AzVision.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dollarla verilən kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən müəyyən güzəştlər və kompesasiya tətbiq edilməlidir, əks təqdirdə kreditlərin qaytarılmasında ciddi problem yaranacaq.

“Manatın məzənnəsi yumşaldıqdan sonra dollarla verilən kreditlərin geri qaytarılmasında çətinliklər olacaq. Bu vətəndaşların ödəmə qabiliyyətinə təsir göstərdiyi üçün kreditlərin geri qaytarılması ilə bağlı çətinliyinin olacağı gözlənilir. Bu da birmənalı şəkildə problemli kreditlərin artmasına gətirib çıxara bilər. Problemli kreditlərin həcminin artması birbaşa Mərkəzi Bankın prosesə müdaxiləsindən aslı olacaq”.

Ekspert hesab edir ki, Mərkəzi Bank dollar ilə kredit götürən vətəndaşlar üçün müəyyən güzəştlərin tətbiq edilməsi, həmin güzəştlər daxilində dollarla olan kreditlərin geri qaytarılmasını təmin edəcəksə, bu problemli kreditlərin həcminin kəskin artımına imkan verməyəcək.

“Əgər Mərkəzi Bank müdaxilə etməsə, problemli kreditlərin həcmində artımlar olacaq. Artımların faizi ilə bağlı konkret faiz müəyyən etmək çətindir. Amma bununla belə bu məsələ Mərkəzi Bankın müdaxiləsində asılı olacaq. Mərkəzi Bankın müdaxiləsi olmasa, 2015-ci ildə problemli kreditlərin həcmində artımlar olacaq”.

Manatın kəskin ucuzlaşmasından sonra İpoteka krediti ilə ev götürənlər üçün problem olacağına gəlincə, V.Bayramov narahatçılığa əsas olmadığını bildirib.

Xatırladaq ki, 2014-cü ilin sonunda Azərbaycanda geri qayıtmayan kreditlərin ümumi məbləği 1 milyard manatı ötüb.
Azadliq.az

Bir yorum

  1. dagli 05/03/2015

    milletet bilmir ki ne etsin gunde bir qanun serh olununur Merkezi bank ise ozune serf edeni bildirir

Yorumlar kapatıldı.

Azərbaycanda kreditlərin qaytarılmasında problem ola bilər