İçeriğe geçmek için "Enter"a basın

Bu ölkede mal eti yemek qanunla qadağan edildi

03-03-2015


03.03.2015 21:33 xeber –

Hindistanda inək ətinin yeyilməsi rəsmən qadağan edilib.

ANS PRESS-in məlumatına görə, Hindistan prezidenti Pranab Mukerci ölkənin maliyyə paytaxtı sayılan Mumbay şəhərinin yerləşdiyi Maxaraştra ştatında mal ətinin yeyilməsinə qoyulan qadağanı təsdiqləyib.

Belə ki, bu qanunu pozanlar beş ilə qədər həbs cəzası ilə üzləşə bilərlər. Maxaraştra ştatının parlamenti mal əti yeyilməsinə qadağa qoyan qanunu hələ 20 il bundan əvvəl qəbul etmişdi. Lakin qanunun qüvvəyə minməsi üçün onun ölkə prezidenti tərəfindən də təsdiqlənməsi lazım idi.

Hindistan əhalisinin əsas hissəsi inəkləri müqəddəs heyvan sayan induizmin tərəfdarlarıdır. Lakin mal ətini yeməyə qoyulan qadağa qanun deyil, dini ehkamdır. Bu səbəbdən də Hindistanın bəzi ştatları iri buynuzlu heyvanı kəsməyi qadağan edərək mal əti satışını kəskin azaldıblar.

Maxaraştra ştatı isə mal ətinin satışını, qida kimi istifadəsini və hətta inəyə sahib olmağı qadağan etməklə daha radikal addım atıb. Son seçkilərin nəticəsinə əsasən Maxaraştrada hakimiyyətə gələn milliyyətçi ”Hindistan xalq partiyası” bu qanunu ölkənin bütün ştatlarında tətbiq etmək niyyətindədir.

Son zamanlar Hindistanda mal ətindən istifadə xeyli azalsa da, onun xaricə ixracı artıb. Hazırda ixracdan əldə edilən gəlir ildə 5 milyard dollara çatıb. Tarixçilərin iddiasına görə, mal ətindən istifadəyə qoyulan qadağa induizmdə yeni cərəyandır. Belə ki, bir çox qədim əlyazmalarda inək ətinin qida kimi istifadəsinin haram sayılmadığı əksini tapıb.

Mənbə : Anspress.com

Bu ölkede mal eti yemek qanunla qadağan edildi