İçeriğe geçmek için "Enter"a basın

Tə’mir işləri sabah bu rayonları qazsız qoyacaq

03-03-2015

qazsız
Martın 4-də bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Belə ki, sabah saat 10:00-dan 18:00-dək Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Qaradağ rayonunun Ələt qəsəbəsi və Şıxlar bağları, Tovuz rayonunun Alakol, İbrahim-Hacılı, Düz qırxlı, Əyyublu, Köhnə Qala, Məşədilər, Yanıxlı, Yanıxlı Məşədilər, Dönük qırxılı, Qovlar, Aşağı quşçu, Yanıx Paya və Aşıqlılar, Masallı rayonunun Köhnə Alvadı, Təzə Alvadı, Şərəfə, Çaxırlı, Malbaşı, Böyük Xocavar, Binə Xocavar və Təklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Qeyd edək ki, aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun, həmçinin Suraxanı rayonunun Günəşli qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xatırladaq ki, qaz təchizatının məhdudlaşdırılmasına səbəb qazpaylama stansiyalarında aparılan təmir işləridir.
Azadliq.az

Tə’mir işləri sabah bu rayonları qazsız qoyacaq