İçeriğe geçmek için "Enter"a basın

Ərdoğan Azerbaycandan danışdı – Video

03-03-2015


03.03.2015 21:54 xeber –

Türkyə prezidenti Rəcab Tayyib Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşdən sonra Azərbaycanı da əhatə edən üçtərəfli layihədən söz açıb.

ANS TV-nin məlumatına görə, o, hər üç ölkə prezidentinin bu il görüşəcəyini söyləyib.

“Türkmənistan qazının Türkiyəyə və Türkiyə üzərindən Avropa bazarlarına daşınması məsələsi ilə bağlı fikir mübadiləsi apardıq. Bu arada təbii ki, aidiyyəti nazirliklər də eyni şəkildə bir araya gələrək fikir mübadiləsi aparıblar. Bəhs etdiyim bu məsələlərdə başda Azərbaycan olmaqla digər region ölkələri ilə də sıx bir dialoq və işbirliyi aparırıq. Bu məqsədlə Türkiyə-Türkmənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində üçtərəfli bir mexanizmi ötən il ərsəyə gətirmişik”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Mənbə : Anspress.com

Ərdoğan Azerbaycandan danışdı – Video