İçeriğe geçmek için "Enter"a basın

Paytaxtda transformator ve kafe yandı

03-03-2015


03.03.2015 / 22:10 xeber –

Bakıda bu gün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri paytaxtın Qaradağ rayonunda yerləşən yarımstansiyanın ərazisində baş verib. Nəticədə transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı digər transformatorlar  yanğından mühafizə olunub.  

 

Daha bir yanğın Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan kafedə baş verib. Nəticədə kafenin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi   yanğından mühafizə olunub.  

Mənbə : Lent.az

Paytaxtda transformator ve kafe yandı