İçeriğe geçmek için "Enter"a basın

Rusiyada əlacsiz qalan azərbaycanlı: 50 yaı var, danışa bilmir, huşu özündə deyil - FOTO

15-12-2015


15.12.2015 / 11:10 xeber –

Şəkildə gördüyünüz bu şəxş bir aydan çoxdur ki, Dərbənd Mərkəzi Xəstəxanasında yatır. Bu barədə Lent.az-a “Dərbənd” qəzetinin müxbiri Telman Tahirli məlumat verib. Onun sözlərinə görə, xəstənin huşu özündə deyil: “Tək bildiyimiz Azərbaycan vətəndaşıdır. Təqribən 50 yaşlarında olar. Danışa bilmir, qırıq-qırıq cümlələr qurur. Deyilənləri də anlamır”.

 

Xəstəxanaya daxil olarkən üstündə şəxsiyyətini təyin edəcək heç bir sənəd olmayıb. Bu üzdən də həmin şəxsi Azərbaycana göndərə bilmirlər.

Bu şəxsin Quba-Xaçmaz zonasından ola biləcəyi ehtimal edilir. Şəkildəki şəxsi tanıyanlardan Lent.az-a, yaxud ailəsinə xəbər verilməsi xahiş edilir.

 

Əlaqə vasitələri: Tel.: (+ 994 12) 488-35-42, (+ 994 12) 488-35-43, (+ 994 12) 488-35-44

Fax : (+994 12) 488-35-79

Email : [email protected]

mənbə :
lent.az

Rusiyada elacsiz qalan azerbaycanlı: 50 yaı var, danışa bilmir, huşu özünde deyil – FOTO