İçeriğe geçmek için "Enter"a basın

Her bir vetendaş şexsi pensiya hesabındakı vesaite nezaret ede biler

03-03-2015


03.03.2015 / 23:24 xeber –

Hər bir sığorta olunanın ödədiyi məcburi dövlət sosial sığorta haqları onların fərdi hesabında əks olunur və istənilən şəxs Dövlət Sosial Müdafiə Fondunun (DSMF) tətbiq etdiyi elektron xidmətlər vasitəsilə şəxsi hesabında toplanmış vəsaitlərə nəzarət etmək imkanına malikdir.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov Şəkidə jurnalistlərə müsahibəsində deyib.

 

Şöbə müdiri bildirib ki, bölgələrdə keçirilən “Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı “Açıq qapı günü” – vətəndaş forumu da məhz hər bir şəxsin ödədiyi məcburi sosial sığorta haqqının onların gələcək pensiya təminatında əsas vasitə olduğunu sığorta olunanların nəzərinə çatdırmaq məqsədi daşıyır.

Mənbə : Lent.az

Her bir vetendaş şexsi pensiya hesabındakı vesaite nezaret ede biler