İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyevin serencamının icrasına başlanılır – Video

04-03-2015


04.03.2015 00:07 xeber –

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsinə dair sərəncamı ilə bağlı Kənd Təsərüfatı Nazirliyindən rəsmi açıqlama gəlib.

Nazir müavini İlham Quliyev ANS-ə verdiyi eksklüziv müsahibəsində prezidentin sərəcamına əsasən yaradılacaq Dövlət Toxum Fondunun əhəmiyyətindən danışıb.

“Ölkədə dayanıqlı toxum təminatını təmin etmək məqsədilə quraqlığa davamlı məhsuldar toxumlarla təmin etmək üçün Toxum Fondu mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, Fondun fəaliyyəti get-gedə güclənəcək və ölkədə toxumla bağlı heç bir problem olmayacaq. Bizim əsas fikrimiz odur ki, genefondumuza uyğun olan sortlara üstünlük verilsin. Əgər ehtiyac yaranarsa, digər məhsuldar xarici sortların gətirilib burda sınaqdan keçirilməsi və tətbiq olunaması istiqamətində işlər həyata keçiriləcək”, – deyə İlham Quliyev bildirib.

Mənbə : Anspress.com

İlham Əliyevin serencamının icrasına başlanılır – Video