İçeriğe geçmek için "Enter"a basın

Rusiyada sosial ehemiyyetli malların qiymeti donduruldu

04-03-2015


04.03.2015 / 00:19 xeber –

Rusiyada 20 adda sosial əhəmiyyətli malların qiyməti 2 ay müddətinə dondurulub. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş nazirinin birinci müavini İqor Şuvalovun sədrliyi ilə keçirilmiş antiböhran komissiyasının iclasına dair press relizdə deyilir.   

 

 

Bundan əvvəl ölkənin ən iri ticarət şəbəkələri müəyyən sayda malların qiymətini 2 ay müddətinə dondurulduğunu elan ediblər. Bu təşəbbüs həmçinin Rusiyanın ən iri aptek şəbəkələri tərəfindən də dəstəklənib. Apteklər, öz növbəsində, ağır və xroniki xəstəliklərin müalicəsi üçün, həmçinin, əhalinin aztəminatlı təbəqəsinin daha çox ehtiyac duyduğu həyati əhəmiyyətli dərman preparatlarının qiymətlərinin dondurulduğunu bildiriblər. 

Mənbə : Lent.az

Rusiyada sosial ehemiyyetli malların qiymeti donduruldu