İçeriğe geçmek için "Enter"a basın

Ən nüfuzlu yehudi teşkilatının konfransında Azerbaycan müzakiresi

04-03-2015


04.03.2015 00:50 xeber –

Vaşinqtonda ABŞ-ın ən nüfuzlu yəhudi diaspora təşkilatı Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2015-ci il üçün siyasi konfransı keçirilib.

Konfrans çərçivəsində Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilmiş “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminar təşik olunub.

Artıq neçə illərdir AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edilən seminarda əsas natiq qismində çıxışı dinlənilib. Hayfa Universitetinin professor, hal-hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şaferin moderatorluğu ilə keçən seminarda, həmçinin “Amerika Xarici Siyasət Şurası” analitik mərkəzinin vitse-prezidenti, təhlükəsizlik məsələləri üzrə nüfuzlu mütəxəssis İlan Berman çıxış edib.

Səfir Elin Süleymanov çıxışında dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyi, ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını vurğulanıb.

Diplomat xalqlar arasındakı uzun əsrlərdən bəri davam edən dostluq münasibətlərinə söykənən Azərbaycan-İsrail münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını və ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində son illər bu münasibətlərin daha da sürətlə inkişaf etdiyini qeyd edib. Bu xüsusda, Azərbaycanın İsrailin enerji təhlükəsizliyinə töhfəsi, habelə tərəflər arasında qabaqcıl texnologiyalar, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın mövcudluğu vurğulanıb.

Diplomat, həmçinin hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edərək, bəzi hallarda Azərbaycan kimi tərəfdaşların regionda sülh və təhlükəsizliyə töhfələrinin lazımınca qiymətləndirilmədiyi və ölkəmizə qarşı ikili standartların tətbiq edildiyini təəssüflə qeyd edib. Bununla əlaqədar, ikili standartların mövcudluğu və strateji yanaşmanın olmamasının nə ABŞ-ın, nə də onun tərəfdaşlarının maraqlarına cavab vermədiyi xüsusilə vurğulanıb.

Martın 3-də yekunlaşması nəzərdə tutulan AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən 16000-dən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin 300-dən çox üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər iştirak ediblər.

Qeyd etmək lazımdır ki, Amerikada olduqca nüfuzlu siyasi tədbir olan AIPAC konfranslarında başlıca olaraq ABŞ və İsraillə əlaqədar müzakirələr təşkil edilir və nadir hallarda digər dövlətlərlə bağlı tədbirlərə yer verilir. Buna baxmayaraq, son illər ərzində AIPAC siyasi konfranslarında Azərbaycan ilə İsrail arasında münasibətlərə dair xüsusi tədbirin keçirilməsi artıq bir ənənəyə çevrilib və bu da bir daha ölkəmizin artan strateji əhəmiyyətindən xəbər verir. Seminarda, həmçinin Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə iştirak edib.

Mənbə : Anspress.com

Ən nüfuzlu yehudi teşkilatının konfransında Azerbaycan müzakiresi