İçeriğe geçmek için "Enter"a basın

Danimarka kronun mezennesinin qorunması üçün bir ayda 25 mlrd dollar xercleyib

04-03-2015


04.03.2015 / 02:23 xeber –

Danimarka Mərkəzi Bankı bu ilin fevral ayında milli valyutasının məzənnəsinin  qorunması məqsədi ilə valyuta intervensiyalarına 168,7 mlrd Danimarka kronu (25 mlrd dollar)  sərf edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Danimarka Mərkəzi Bankının açıqlamasında bildirilir.

 

Bu şəraitdə ölkənin valyuta ehtiyatları tarixi maksimumu yeniləyərək bu ilin  fevralın sonuna olan məlumata əsasən 737,1  mlrd krona (110,8 mlrd dollar) çatıb

 

Qeyd edək ki, bir ay əvvəl, bu ilin yanvarında, qeyd olunan göstərici 564,1 mlrd kron (84,8 mlrd dollar) olub. 

Mənbə : Lent.az

Danimarka kronun mezennesinin qorunması üçün bir ayda 25 mlrd dollar xercleyib