İçeriğe geçmek için "Enter"a basın

Dünya çempionundan daha bir qelebe

04-03-2015


04.03.2015 03:18 xeber –

Aerobika gimnastikası üzrə dünya çempionu Lubov Qazov 2015-ci il Dünya Kuboku mövsümünə Katanhededə qələbə ilə başlayıb.

ANS PRESS-in məlumatına görə, 2014-cü ildə Kankunda keçirilmiş Dünya Çempionatında qadınlar arasında fərdi çıxışlarda birinci yeri tutan Avstriyalı Qazov Portuqaliyada Dünya Kuboku mövsümünün açılış yarışlarında rəqiblərindən üstünləyib. Qazov 21,050 xal qazanaraq kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə qadınlar arasında fərdi yarışlarda 2013-cü il Avropa Çempionatının bürünc medalçısı olan macar Dora Heqyi çıxıb. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

Kantanhededə üçüncü yeri də 20,000 xal ilə macar idmançısı Linda Buksanski tutub.

Hazırda dünya çempionu olan Meksikalı İvan Veloz kişillər arasında birinci yeri, Rusiyalı Anton Şişigin və Yaponiyalı Rio Koreeda isə birlikdə ikinci yeri tuturlar.

Britaniya gimnastları da bu yarışlarda qələbə qazana biliblər. Ella Augier, Kloe Farranse və Sofi Qoves qrup kateqoriyasında Honq Siyunun rəhbərlik etdiyi Çin komandasından sonra gümüş medala yiyələniblər. Onlar həmvətənləri Emili Boyse, Olivia Farranse və Zanna Vuudzun komandasını qabaqlaya bildilər. Həmçinin, Britaniya komandası qrup yarışlarında da gümüş medal qazanıb.

Kantanhededə medal qazanan digər Avropa komandası Portuqaliyalılardan ibarət komanda olub. Fabio Lima və Sara Silva qarışıq cütlükdə ev sahibləri üçün yalnız bürünc medal qazana biliblər.

Mənbə : Anspress.com

Dünya çempionundan daha bir qelebe