İçeriğe geçmek için "Enter"a basın

Ərdoğandan erebce twit – Şekil

04-03-2015


04.03.2015 03:44 xeber –

Səudiyyə Ərəbistanında olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə rəsmi sfəri başa çatıb.

ANS PRESS-in məlumatına görə, ölkəsinə qayıdan Türkiyə prezidenti sosial şəbəkədə ərəbcə mesaj yazıb.

Ərdoğan ərəbcə yazdığı mesajında Səudiyyə Ərəbistanı kralına öz təşəkkürünü bildirib:

“Səudiyyə Ərəbistanı xalqına və kral Salman bin Əbdüləzizə şəxsim və millətim adına, göstərdikləri qonaqpərvərlik və yaxın münasibətə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında iki günlük rəsmi səfərdə olan Ərdoğan paytaxt Riyadda rəsmi təmasları başa çatdıqdan sonra ümrə ziyarəti üçün Məkkə şəhərinə, İslam peyğəmbərinin qəbrini ziyarət etmək üçün Mədinə şəhərinə getmişdi.

Mənbə : Anspress.com

Ərdoğandan erebce twit – Şekil