İçeriğe geçmek için "Enter"a basın

Paytaxt sakini tanımadığı şexs terefinden bıçaqlandı

04-03-2015


04.03.2015 / 05:41 xeber –

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, 21 yaşlı Kənan İmanov Süleyman Rəhimov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı yoldan keçən qadına bıçaqlandığını deyərək, ondan kömək istəyib. Qadın isə təcili tibbi yardım çağırıb. Xəstəxanaya gətirilən Kənan İmanov dərhal əməliyyat olunub. 

 

Kənan İmanov xəstəxanada həkimlərə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam edir.

Mənbə : Lent.az

Paytaxt sakini tanımadığı şexs terefinden bıçaqlandı