İçeriğe geçmek için "Enter"a basın

Yol qəzaları azalıb

02-01-2015

qezaa2013-cü illə müqayisədə yol qəzalarında ölənlərin və xəsarət alanların sayında azalma var

APA-nın verdiyi məlumata görə, 2014-cü ildə Azərbaycanda 2606 yol qəzası baş verib. 2014-cü ildə ölkə ərazisində baş verən yol qəzalarında 1121 nəfər ölüb, 2727 nəfər xəsarət alıb.

2013-cü illə müqayisədə 234 yol qəzası, 39 ölüm və 218 yaralanma faktı azalıb.

Ötən ilin dekabr ayında 178 yol qəzası baş verib, nəticədə 98 nəfər ölüb, 265 nəfər xəsarət alıb.

Qeyd edək ki, 2013-cü ildə ölkə ərazisində 2840 yol qəzası baş verib, nəticədə 1160 nəfər ölüb, 3045 nəfər xəsarət alıb.

Yol qəzaları azalıb