İçeriğe geçmek için "Enter"a basın

Rusiyada qubernator saxlanıldı

04-03-2015


04.03.2015 / 08:13 xeber –

Rusiyanın istintaq orqanları martın 3-də keçirdikləri əməliyyat tədbirlərindən sonra Saxalinin qubernatoru Aleksandr Xoroşavini saxlayıblar. APA-nın məlumatına görə, bu məlumatı “TASS”a region hökumətinin nümayəndəsi təsdiqləyib.

 

Mənbənin məlumatına görə, qubernator xidməti kabinetində saxlanılıb.  

 

Əlavə istintaq tədbirlərinin aparılması məqsədi ilə Aleksandr Xoroşavin və onun bir neçə yaxın əməkdaşı  Moskvaya göndərilib. Bu əməkdaşların arasında qubernatorun katibliyinin rəhbəri Vyaçeslav Qorbaçovun və qu qubernatorun köməkçisi Andrey İkramovun olduğu bildirilir. Saxlanılan digər şəxslərin kimliyi hələlik açıqlanmır.    

 

 

Yerli KİV-lərin məlumatına görə, müstəntiqlər və ekspertlər hökumət binasında səhər saat 4-dək istintaq tədbirləri həyata keçiriblər. Qubernatorun, onun müavinlərinin, köməkçilərinin və  katiblik rəhbərinin iş otaqlarına baxış keçirilib.  Qubernatorun yaxın ətrafından ifadələr alınıb.

 

Versiyalardan birinə əsasən, istintaq tədbirləri qubernatorun müşaviri, “Saxalin” futbol klubunun prezidenti Andrey İkramov barəsində açılmış cinayət işi çərçivəsində keçirilib. 

Mənbə : Lent.az

Rusiyada qubernator saxlanıldı