İçeriğe geçmek için "Enter"a basın

Denizin ortasında meydança temir olunur

04-03-2015


04.03.2015 08:01 xeber –

“Neft Daşları” yatağında yerləşən 1773 nömrəli meydançada əsaslı təmir işləri başa çatdırılıb.

“SOCAR” mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyasılar və yararsız vəziyyətə düşmüş dəmir-beton plitələr yenisi ilə əvəz olunub, 30 ədəd svay vurulub, 20 ədəd rigel, 24 ədəd fəza ferması və 1 ədəd minik meydançası quraşdırılıb. Ümumiyyətlə, 1190 kvadratmetr sahəni əhatə edən meydançanın 1154 kvadratmetrlik hissəsi əsaslı təmir edilib. Təmir işləri “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilib.

Qeyd edək ki, 1974-cü ildən istismara verilən, dənizin 21 metr dərinliyində yerləşən 1773 nömrəli estakadayanı meydançada 4 hasilat quyusundan sutkada 25 tona yaxın neft və 2000 kubmetr qaz hasil olunur.

Mənbə : Anspress.com

Denizin ortasında meydança temir olunur